TƏCİLİ: Sərkisyandan Qarabağ açıqlaması: Paşinyan yalan danışır, ƏSLİNDƏ BELƏ OLUB - Natiq Cəfərli CANLIda

Azərbaycanın hədəfi Ermənistanla sülh sazişidir və ona çox yaxınıq.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, hələlik sülh sazişinin imzalanacağı dəqiq tarixi demək çətindir:

"Ən əsas odur ki, mənfi münasibət sıfra endirilib. Demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir. Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb".

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

28.12.2023 13:44
1128