TƏCİLİ! Separatçılar GİZLİ toplaşdı, Şahramanyan Sərkisyanla görüşdü: 1 YANVAR hazırlığı… - CANLI

Bir neçə gün sonra, 2024-cü ilin ilk günündə Qarabağdakı keçmiş qondarma qurumun ləğvi barədə qərar qüvvəyə minməlidir. 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərindən sonra qondarma "Artsax" özünü buraxmaq barədə qərar qəbul edib. “Hraparak” qəzeti yazıb ki, separatçıların "parlament"inin üzvləri yenidən Samvel Şahramanyanla görüşüb. Əsas müzakirə mövzusu Qarabağdan könüllü şəkildə Ermənistana gedən ermənilərin ehtiyacları olub. Görüş zamanı Şahramanyanın "Artsax"ı ləğv etmək qərarının taleyi də müzakirə olunub.

Məlumata görə, Şahramanyan müzakirələr zamanı qərarı barədə çox danışmayıb. Sadəcə qərarın özü tərəfindən verildiyini, nəticələrinə görə məsuliyyət daşıdığını bildirib. O qeyd edib ki, nə etməli olduğunu bilir.

"Bəzilərində belə təəssürat yaranıb ki, Şahramanyan imzaladığı qərarı ləğv edib. Mənbələrimiz onu da bildirdilər ki, Qarabağ məsələsi üzrə beynəlxalq komitənin yaradılması istiqamətində intensiv iş aparılır və bu komitə əvvəlki sessiyada işə salınıb", - nəşr yazıb. Nəşrin məlumatına görə, Ermənistanın siyasi qüvvələrinin fəal üzvlərindən ibarət kiçik bir qrup bu komitənin yaradılması ilə məşğuldur, lakin onlar hələlik ciddi məxfilik şəraitində bu fəaliyyəti həyata keçirmək qərarına gəliblər.

Qarabağ ermənilərinə, xüsusən də separatçı rejimin tör-töküntülərinə qarşı Ermənistanda ögey münasibətin olması sirr deyil. Samvel Şahramanyan və qondarma rejimin “deputat”ları isə Nikol Paşinyan üçün baş ağrısına çevrilmək üzrə idi. Bu şəxslər Qarabağ klanını dirçəltmək üçün fəaliyyətə keçiblər. Şahramanyanın gizli şəkildə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla görüşməsi barədə məlumatlar da var.

Bu görüş hakim partiyanın səbir kasasının daşmasına səbəb olub. Çünki görüş hakimiyyətə qarşı gizli ittifaq kimi şərh edilib. Bu görüşdən sonra separatçı rejimin “son lideri” parlament komissiyasına dəvət edilib. Bir neçə saat davam edən sorğu-sual barədə mətbuata xəbər verilməsə də, siyasi kulislərdə Şahramanyanın cəzalandırılacağı barədə söhbətlər dolaşmağa başlayıb.

“Bakı İrəvanın qoşunların sərhəddən çıxarılması təklifini rədd etsə də, məsələ hələ də gündəmdədir”. Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Onun sözlərinə görə, Azərbaycanın xarici işlər nazirinin cavabı yekun deyil. Parlament rəhbəri aydınlaşdırıb ki, erməni tərəfi qoşunların sərhəddən bir-iki kilometr geri çəkilməsini təklif edir.

“Söhbət sərhədçilərdən getmir, təmas xəttində sərhədçinin dayanması bizim üçün daha yaxşı olardı. Təklif etdiyimiz o variant hələ də qüvvədədir. Düşünürəm ki, Bakı bir daha həmin təklifi nəzərdən keçirməli və müvafiq cavab verməlidir”, - Simonyan bildirib. Əgər Bakı qoşunların güzgü effekti ilə çıxarılması ilə razılaşarsa, bu o demək olacaqmı ki, Azərbaycan Silahlı Qüvvələri İrəvanın iddia etdiyi kimi Ermənistan ərazilərindən çıxmalıdır? Simonyan deyib ki, bu təklif başqa şeylə bağlıdır. “Gərginliyi azaltmaq, mümkün atışmaların və toqquşmaların qarşısını almaq üçün sərhədlərin müəyyənləşdirilməsindən və orduların geri çəkilməsindən danışırıq”, - Simonyan vurğulayıb.

Bu yaxınlarda xarici işlər naziri Ararat Mirzoyan bu barədə danışaraq, Bakı ilə bu məsələdə razılığa gəlməyə ümid etdiyini bildirib. Azərbaycanın xarici işlər naziri bu təklifi nəinki qəbul etməyib, əksinə, Azərbaycan silahlı qüvvələrinin öz ərazilərində dayandığını bildirib. “Azərbaycan ordusu o sərhədlərə kiminsə xoş niyyəti və ya dəvəti ilə deyil, 30 illik qan-qadadan sonra ərazilərini işğaldan azad edib və bu gün öz sərhədlərində dayanıb”, - deyə Ceyhun Bayramov vurğulayıb.

TVMusavat-ın bu gün saat 12:15-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Züriyə Qarayeva ilə müzakirə aparır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

16.12.2023 11:59
1148