TƏCİLİ: Ruslar 7 istiqamətdə HÜCUMA keçdi – Detallar Kamran Həsənli ilə…

Rusiya ordusu Ukrayna ərazisinə 22 “Şahid” PUA-sı ilə hücum edib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, ruslar 7 istiqamətdə hücuma keçib. Ukrayna ordusu PUA-lardan 17-sini məhv etməyi bacarıb.

1954-cü ildə Krımın Ukraynaya verilməsi qərarı Sovet lideri Nikita Xruşşovun bağışlanmaz və faciəli səhvi, konstitusiyaya zidd addım idi. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. “Krımın və Sevastopolun tarixini düşünərkən Nikita Sergeyeviç Xruşşovun bir vaxtlar etdiyi bağışlanmaz, faciəli səhvdən dərin məyusluq hissi keçirməmək olmur. O, Pereyaslav Radasının 300 illiyinə bir növ hədiyyə kimi Krımın rəsmi şəkildə Ukrayna Sovet Sosialist Respublikasına verilməsinin sonda nəyə gətirib çıxaracağını çətin ki, başa düşə bilərdi. Lakin o zaman da artıq aydın idi ki, bu konstitusiyaya zidd, könüllü addım yarımada sakinlərinin istəkləri ilə birbaşa ziddiyyət təşkil edir”, - Narışkin bildirib.

TV Musavat-ın “Kamranla 1” verilişində aparıcı Kamran Həsənli Rusiya-Ukrayna müharibəsini müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

18.03.2024 16:02
938