TƏCİLİ! Rusiyanın Ermənistandakı səfiri Moskvaya ÇAĞIRILDI

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb", - deyə diplomat qeyd edib.

Musavat.com

24.05.2024 15:14
2879