TƏCİLİ: Rusiyada miqrantlara basqın edildi: Aralarında azərbaycanlılar da var? – CANLIda

Krasnoyarskda İstintaq Komitəsinin və Hərbi Komissarlığın əməkdaşları növbəti reyd zamanı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan 229 əmək miqrantını həbs ediblər.

Publika.az xəbər verir ki, bu barədə "İndiki zaman" ("Настоящее время") məlumat yayıb. Bildirilir ki, federal məlumat bazasına daxil etmək üçün onlardan “genomik məlumat materialı götürülüb”.

Təhlükəsizlik qüvvələri iri supermarketlər şəbəkəsinin paylama mərkəzini, ağac emalı bazasını və istehsal-logistika kompleksini yoxlayıb.
Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovonun sözlərinə görə, hazırda Rusiyada xarici vətəndaşlığı olan 6,174 milyon insan var. Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan Rusiya Federasiyasında yaşayan vətəndaşlarının sayına görə ilk on ölkə sırasındadır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasətçi Nemət Pənahlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

29.10.2024 13:32
595