TƏCİLİ! Rusiya “Zvartnots” aeroportundan ÇIXDI

İrəvanın “Zvartnots” hava limanında bu gün, iyulun 31-də “Zvartnots” hava keçid məntəqəsində dövlət sərhədinin mühafizəsinin Ermənistan tərəfinə verilməsi haqqında Protokolun imzalanması baş tutub.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, protokolu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan və Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin rəisi general-leytenant Roman Qolubitski imzalayıblar. Protokolda qeyd olunur ki, “Ermənistan tərəfi “Zvartnots” hava keçid məntəqəsində sərhəd nəzarətinin təmin edilməsi üzrə uzunmüddətli birgə xidmətə görə Rusiya tərəfinə təşəkkür edir və şikayətinin olmadığını bildirir”.

Musavat.com

31.07.2024 17:53
2873