Rusiyada MDB ölkələrinin hökumət başçılarının fövqəladə iclasının keçirilməsi planlaşdırılır.
Bu barədə MDB-nin Baş katibi Sergey Lebedev məlumat verib.
“MDB hökumət başçılarının növbədənkənar iclasının Rusiya Baş naziri Mixail Mişustinin təşəbbüsü ilə dekabrın 18-də Moskvada baş tutacağı gözlənilir. Dekabrın 25-i Sankt-Peterburqda Aİİ Ali Şurasının prezidentlər səviyyəsində iclası, dekabrın 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü keçiriləcək”, - Lebedev bildirib.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə müzakirə edəcəyik.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.