ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki "B-1B" bombardmançısı Barents dənizində Rusiya sərhədinə yaxınlaşıb.
Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın "MiQ-31" qırıcısı havaya qaldırılıb, Amerika bombardmançıları kursu düzəldib və Rusiya sərhədini keçməyiblər.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə martın 24-də Amerikanın iki "B-1B" bombardmançısının Barents dənizində Rusiya sərhədinə yaxınlaşdığını açıqlayıb.
ABŞ Hərbi Hava Qüvvələri bombardmançıların planlı şəkildə Avropaya yerləşdirilmək üçün uçduğunu bildirib.
“Fox News”un məlumatına görə, təyyarələr Texasdan ABŞ-ın İspaniyadakı aviabazasına doğru gedirmiş.
Musavat.com