TƏCİLİ! Rusiya Kiyevi bombalayır

Kiyevdə partlayışlar baş verir.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna hökumət orqanları məlumat yayıb. Hazırda Kiyev vilayətində və Ukraynanın daha 9 bölgəsində hava hücumu xəbərdarlığı var.

Paytaxt sakinlərinə sığınacaqlara girmək tapşırılıb.

Bir çox Ukrayna telegram kanallarının yaydığı məlumata görə, artıq Kiyevdə elektrik enerjisində kəsintilər yaşanır.

Şahanə Rəhimli,
Musavat.com

11.08.2024 01:58
3120