TƏCİLİ! Rusiya donanmasını HAZIRLADI - Avropadakı hədəflər NÜVƏ RAKETLƏRİ İLƏ VURULACAQ

Rusiya öz donanmasını Avropadakı hədəfləri nüvə başlıqlı raketlərlə vurmağa hazırlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" əldə etdiyi məxfi sənədlərə görə məlumat yayıb.

Qeyd edilib ki, Rusiya Federasiyası NATO ilə potensial münaqişə vəziyyətində öz donanmasını Avropanın dərinliklərindəki hədəflərə nüvə başlıqlı raketlərlə zərbə endirməyə hazırlayıb.

2008-2014-cü illər arasında tərtib edilən sənədlərdə həm adi döyüş başlıqları, həm də taktiki nüvə silahları daşıya bilən raketlər üçün hədəflərin siyahısı var.

“Qərb sahillərinə qədər uzanan hədəflərin xəritələri, hətta Ukraynaya tam miqyaslı işğaldan əvvəl hazırlanmış zabitlər üçün hazırlanmış sığınacaqların da yerləri təfərrüatı ilə xəritələrdə yer alır” , - deyə xəbərdə deyilir.

Operativ istifadədən daha çox təqdimat məqsədi ilə tərtib edilən xəritələrdə Rusiya donanması üçün Avropadakı 32 NATO hədəfi təsvir edilib.

Toğrul İSMAYIL,
Musavat.com

13.08.2024 13:37
2792