Ermənistan Prokurorluğu Robert Köçəryanın (və ona bağlı olan 7 nəfərin) əmlaklarının Ermənistan Respublikasının xeyrinə müsadirə olunmasını tələb edir.
Bu barədə Musavat.com Ermənistan mediasına istinadla xəbər verir.
Ermənistan Respublikasının Baş Prokurorluğu tərəfindən müsadirə olunacaq əmlakların siyahısı yayılıb.
Həmin siyahını təqdim edirik:
▪️ 25 daşınmaz əmlak
▪️ 5 maşın
▪️ 16 erməni və xarici hüquqi şəxsdə iştirak
▪️ Dəyəri 4 milyon dollardan çox olan qiymətli kağızlar
▪️ 10 milyard drama ekvivalent "zaym"lar
▪️ Qeyri-qanuni mənşəli 35 milyard dramdan çox nağd pul qalıqları, üçüncü şəxslərə ötürülən vəsaitlər və digər xərclənmiş vəsaitlər.
Musavat.com