Ermənistan Baş naziri Nikol Paşinyan istefa verərək erkən parlament seçilərinə getmək qərarına gəlib. Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
“Niko Paşinyan partiyasının təcili iclasını çağırıb. Azərbaycanın anklavlarla bağlı tələbləri o qədər ciddiləşib ki, Paşinyan vəziyyəti yumşaltmaq üçün istefa vermək qərarına gəlib.
Paşinyanın fikrincə, bu, onun özünün və hökumətinin xilası olacaq. Paşinyan müzakirə apararaq, növbədənkənar parlament seçkilərinin sentyabrın 10-da keçirilməsi barədə qərar qəbul edib”, - nəşr yazır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.25-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.