TƏCİLİ: Putinin planı POZULDU - Ukraynadan çıxırlar, Kurska görə səfərbərlik ELAN EDİLİR – CANLIda

Rusiya Ukrayna qoşunlarının Kursk vilayətinə hücumuna cavab olaraq qüvvələrinin bir hissəsini Ukraynadan çıxarır.

Bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadla yazır.

Qeyd olunur ki, bu addım Ukrayna hərbçilərinin Kurskda reydinin Rusiya qüvvələrinin məcburi yenidən qruplaşmasına səbəb olduğunu göstərir.
Nəşrin həmsöhbətləri deyirlər ki, ABŞ hələ də Rusiyanın bu addımının önəmini müəyyənləşdirməyə çalışır və Ukrayna cəbhəsindən Kurska nə qədər qoşun yeritdiyini dəqiqləşdirə bilməyib. Bu açıqlama Kiyevin Kurskda sürpriz əməliyyatın Rusiya qoşunlarını Ukraynadan yayındırması barədə dediklərini təsdiqləyir.

Eyni zamanda, “Politico” xəbər verir ki, Kurskun işğalına cavab olaraq vilayətdə nisbətən az sayda Rusiya bölmələri yerləşdirilib. Amerika rəsmiləri nəşrə söyləyiblər ki, Rusiyanın Ukraynadan nə qədər qoşun çıxarması hələ də bəlli deyil.

İlin sonunda noyabr-dekabr aylarında Rusiyada səfərbərlik başlaya bilər.

Bu barədə "Bloomberg" məlumat yayıb. Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı Rusiyada yeni səfərbərlik dalğası yarada bilər. Qəzet yazır ki, Rusiya ordusu 2022-ci ilin fevralında işğal başlayandan bəri ən yüksək səviyyəyə çatan cəbhə xəttindəki itkiləri bərpa etmək üçün kifayət qədər yeni əsgər qəbul etmir.

Ukraynanın Kursk bölgəsindəki heyrətamiz hərbi hücumu Rusiya Federasiyasının problemlərini üzə çıxardı, ona görə ilin sonuna böyük səfərbərlik gözlənilir.

"Bloomberg "mənbələrindən biri bildirib ki, Rusiya rəsmiləri bunu cəbhə xəttindəki qoşunların istirahəti üçün rotasiya tədbiri kimi təqdim edə bilər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

Qonağımız siyasi ekspert Qədir Aslandır.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

14.08.2024 13:31
1179