Ukrayna Hərbi Hava Qüvvələri Rusiya üçün strateji əhəmiyyət daşıyan A-50 casus təyyarəsini vurub.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, Rusiya bu iddia ilə bağlı heç bir şərh verməyib.
Ukrayna hərbi mənbələri təyyarənin Qara dənizin ən şimal hissəsində yerləşən Rostov-na-Dri ilə daha cənubda yerləşən Krasnodar arasında vurulduğunu açıqlayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mikola Oleşçuk A-50-ni vuran komandaya və kəşfiyyat xidmətinə təşəkkür edib, eyni zamanda Rusiyaya istehzalı mesaj göndərərək “İşğalçıları 23 fevral Vətən Müdafiəçiləri Günü münasibətilə təbrik edirik” deyib.
Rusiya üçün kritik əhəmiyyətə malik olan A-50 casus təyyarələri Rusiya qırıcıları üçün hədəfləri koordinasiya edir. Fevralın 23-də İngiltərə Müdafiə Nazirliyinin brifinqinə görə, Rusiyanın 6 ədəd A-50-yə malik olduğu düşünülür. Bu təyyarələrin hazırlanması yüz milyonlarla dollara başa gələ bilər.
Ukrayna bundan əvvəl yanvarın 14-də A-50-ni vurduğunu iddia edib. Xəbər təsdiqlənərsə, bu, Rusiyanın itirdiyi ikinci A-50 olacaq. Hərbi analitiklər bildirirlər ki, “əsas müşahidə platforması” kimi xarakterizə edilən A-50-nin itirilməsi Rusiya Hərbi Hava Qüvvələri üçün böyük və dəhşətli itkidir.
Musavat.com