TƏCİLİ: Putin xain generalını HƏBS ETDİRDİ – şok qərarın detalları Pənah Hüseynlə CANLIda


Rusiyalı hərbi müxbir Vladimir Romanov general Sergey Surovikinin həbs olunduğunu iddia edib. O, generalın iyunun 25-də saxlanıldığını və hazırda Lefortovo həbsxanasında olduğunu bildirib.
Qeyd edək ki, ABŞ kəşfiyyatı Surovikinin "Vaqner" qiyamını dəstəklədiyi ehtimalını mediaya sızdırıb.
“ABŞ kəşfiyyatı Priqojinin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək cəhdində digər rus generallarının dəstəyinə dair əlamətlər görür”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti kəşfiyyat məlumatlarından xəbəri olan ABŞ rəsmilərinə istinadən məlumat yayb. Qeyd olunur ki, Ukraynadakı rus qrupunun komandir müavini general Sergey Surovikin Yevgeni Priqojinin Rusiya hərbi rəhbərliyinə qarşı silahlı üsyana başlamaq planlarından əvvəlcədən xəbərdar idi.


Bu və gündəmdəki digər xəbərləri bu gün saat 10.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

29.06.2023 10:35
2364