Dekabrın 3-də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin növbəti tələbini yerinə yetirib. Paşinyan Xankəndidən (separatçıların olduğu ərazilərdən – red.) ağır hərbi texnikanın böyük partiyasını çıxarmağı tapşırıb. Bu barədə erməni mediası məlumat yayıb.
“Paşinyan çalışıb ki, Xankəndini tərk-silah etdiyini göstərsin. Lakin bu alçaldıcı addım Paşinyanı xilas edə bilmədi. Cəmi bir neçə həftə sonra Laçın dəhlizində aksiya keçirən azərbaycanlılar yolu bağladılar”, - məlumatda deyilir.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Musavat.com