Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə “Röyters” məlumat yayıb.
Qeyd edilib ki, bu qərar İranla münasibətlərin gərginləşməsi fonunda qəbul edilib.
Bildirilib ki, İran tərəfinin Pakistana qarşı istənilən avantürasına sərt cavab veriləcək.
Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verib, İran səfirini geri çağırıb, həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb.
Bu gün isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İranın məlumatına görə, İran vətəndaşı olmayan 7 nəfər ölüb.
İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərinə Pakistan qırıcılarının zərbələri nəticəsində ölənlərin sayı 9-a çatıb.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində poolitoloq Anar Əliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com