TƏCİLİ: NATO Cənubi Qafqaza GİRİR – Kremldən SENSASİON ANONS – detallar CANLIda

Rusiya XİN başçısının müavini Mixail Qaluzin Moskvanın Ermənistan ərazisindəki Avropa İttifaqının missiyasından ciddi narahatlıq keçirdiyini bəyan edib.

“AzPolitika” xəbər verir ki, “RİA Novosti”-nin məlumatına görə, Kreml Ermənistanın icazəsi ilə Aİ-nin Azərbaycanla sərhəddəki missiyasının daimi ola biləcəyindən narahatdır.

Qaluzinin sözlərinə görə, Qərb dövlətlərinin Aİ-nin Ermənistandakı missiyası zamanı Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlər barədə kəşfiyyat məlumatları topladığını düşünməyə ciddi əsaslar var: “Biz həmçinin narahatıq ki, İrəvanın təsdiqi ilə missiya nəinki genişlənir, həm də müvəqqətidən daimi missiyaya keçmək təhlükəsi yaradır”.

Qeyd edək ki, mart ayında Ermənistan parlamenti Avropa İttifaqı ilə 2023-cü ilin noyabrında imzalanmış Aİ-nin Azərbaycanla sərhəddə missiyasının statusu haqqında sazişi ratifikasiya edib.

Qaluzin qeyd edib ki, Aİ-nin Ermənistandakı missiyasında Kanada nümayəndələrinin görünməsi de-fakto NATO-nun Cənubi Qafqaza sürünərək daxil olması deməkdir: “Bildiyiniz kimi, bu ilin aprelində Kanada nümayəndələri missiyanın tərkibində peyda oldular. Bu, de-fakto NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsi deməkdir”.

O qeyd edib ki, Rusiya tərəfi İrəvan və digər regional tərəfdaşlarla təmaslarda Aİ missiyası mövzusunu daim qaldırır. Lakin Ermənistan rəhbərliyi Aİ missiyası ilə bağlı mövqeyində qalır.

Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

12.07.2024 11:28
1206