Livan-İsrail sərhədində atışma və partlayış səsləri eşidilir. İsrail ordusu ilə "Hizbullah" arasında birbaşa toqquşmaların olduğu bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə telegram kanalları məlumat yayıb.
Bildirilir ki, İsrail ordusunun artilleriyası hazırda Qolan təpələrindəki hədəfləri vurur.
Qeyd edək ki, bundan əvvəl İsrail Nazirlər Kabineti baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta "Hizbullah"a qarşı əməliyyat keçirməyə icazə verən qətnaməni təsdiqləyib.
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Livanda hərbi əməliyyatlar planını təsdiqləyib.
Musavat.com