Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda maşın aşıb, xəsarət alan var.
Musavat.com report-a istinadən xəbər verir ki, avtomobil yolunun “Ömər aşırımı” adlanan ərazidən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Ərrahman Əsgərov xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.