TƏCİLİ: İsrail hərbi VƏZİYYƏT elan etdi, yəhudi GENERAL vuruldu, İran qüvvələri də qoşuldu - CANLI

İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib. Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar ölkədə oktyabrın 7-nə nəzərdə tutulan bütün etiraz nümayişləri təxirə salınıb. Qeyri-rəsmi məlumatlara əsasən, naməlum silahlılar ölkə ərazisinə daxil olublar. Bəzi şəhərlərdə küçə döyüşlərinin getdiyi də vurğulanıb.

Hakimiyyət əhalini sığınacaqdan və təhlükəsiz yerlərdən çıxmamağa çağırır.

Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib. 20 dəqiqə ərzində İsrailə 5000 raketin buraxıldığı vurğulanıb. İsrail ordusunun əsgərlərindən əsir götürüldüyünə dair xəbərlər də yayılıb.

HƏMAS “böyük inqilab"ın başladığını bildirərək İsraildə və onun ətrafında yaşayan ərəbləri birləşməyə çağırıb. İranın dəstəklədiyi “İslami cihad” silahlı təşkilatının rəhbərliyi “Əl-Əksa əməliyyatı"na qoşulduğunu açıqlayıb.

“Əl-Cəzirə”nın məlumatına əsasən, İsrail ordusu Qəzzadakı “Ərəz” nəzarət buraxılış məntəqəsinə nəzarəti itirib.

İsrail ordusu Qəzza bölgəsində hədəflərə zərbə endirməyə başlayıb. Musavat.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. "İsrail ordusu hazırda Qəzza bölgəsində zərbələr endirir. Ətraflı məlumat veriləcək", - məlumatda deyilir. Bu gün səhər İsrailə hücumlar olunub.

Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrailin raket atəşinə tutulması nəticəsində general-mayor yaralanıb. Məlumatı İsrail mediası yayıb. Bildirilib ki, Sderotda gedən döyüşdə Cənub Polis Dairəsinin komandiri, general-mayor Amir Koen yaralanıb.

“HƏMAS təşkilatı bu hərəkətlərinin əvəzini ağır ödəyəcək”. İsrail Xarici İşlər Nazirliyinin “X” səhifəsindəki paylaşımında yer alıb.

Bildirilib ki, HƏMAS təşkilatı raketlərin atılması və Qəzza zolağından İsrail ərazisinə terrorçuların sızması da daxil olmaqla birgə hücum həyata keçirib. Ancaq İsrail ordusu mülki İsrail vətəndaşlarını müdafiə edəcək. Nazirlik mülki şəxsləri Milli Fövqəladə Hallar Portalında yerləşdirilən xüsusi təlimatlara uyğun hərəkət etməyə və sığınacaqlara yaxın qalmağa çağırıb. Qəzza zolağının ətrafındakı bölgələrdə yaşayan sakinlərdən isə evlərində qalmaları istənilib.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hüquqşünas Qulamhüseyn Əlibəyli ilə Həmasın İsrailə hücumu, sülhməramlıların Qarabağdan gedişini, Bakıda həbsdə olan separatçılara veriləcək cəzanı müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


07.10.2023 11:50
1986