“Jerusalem Post” qəzeti İsrail və HƏMAS arasında baş tutan 4 günlük atəkəs razılaşması ilə bağlı diqqətçəkən təhlil dərc edib.
Musavat.com xəbər verir ki, nəşr HƏMAS-ın masadan istədiyini alaraq ayrıldığını yazıb.
“Jerusalem Post” yazır ki, HƏMAS lideri Yəhya Sinvar atəşkəsin davam etdiyi hər gün Qəzza hava məkanında İsrail PUA-larının uçuşlarının altı saat müddətinə dayandırılmasını istəyib, İsrail isə bu şərti qəbul edib.
"Bunun müqabilində HƏMAS əsirlikdə olan bəzi girovları azad edib" - nəşr qeyd edib.
Musavat.com