TƏCİLİ! İrəvanda vəziyyət GƏRGİNLƏŞDİ - Basqın ƏMRİ VERİLDİ

“Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan etirazçılara Xarici İşlər Nazirliyinin binasına basqın etməyi əmr edib.

Musavat.com xəbər verir ki, bu barədə “Bagramyan26” telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, hazırda İrəvanda vəziyyət gərgindir.

Etirazçılar arasında açıq-aşkar aqressiv təxribatçılar var. Polis təxribatçıların qarşısını almağa çalışır.

Sputnik Armenia”nın məlumatına görə, hazırda Ermənistan Xarici İşlər Nazirliyinin qarşısına polis bölmələri yeridilib.

Musavat.com

31.05.2024 15:13
2330