Bu gün İranda Xaş şəhər polis idarəsinin rəisi Hüseyn Piri silahlı şəxslər tərəfindən qətlə yetirilib.
Musavat.com xəbər verir ki, bu barədə Azad iran teleqram kanalı məlumat yayıb.
Məlumata görə, etnik bəluç geyimində olan polis idarəsinin rəisi şəxsi mənzilindən çıxdıqdan sonra güllələnib.
Bildirilib ki, Hüseyn Piri avqustun 3-də Xaşın Vəliabad bölgəsində etnik bəluçun evinə basqın edərək zorakılıqla iki vətəndaşı həbs edib.
Hələlik heç bir şəxs və ya qruplaşma silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Musavat.com
@@TVmusavat/93742@@