İran İsrailə doğru ballistik raketlər buraxıb.
Musavat.com xəbər verir ki, İsrail vətəndaşlarına insanların toplaşdığı yerlərdən uzaq durmaq və sığınacaqlara getmək tövsiyə olunub. Tel-Əviv və Qüdsdə hava həyəcanı gözlənilir.
İsraildə İrandan buraxılmış raketlərin aşkarlanmasından sonra xəbərdarlıq sistemləri aktivləşdirilib. Əhalidən Arxa Cəbhə Komandanlığının göstərişlərinə əməl etmək tələb olunur.
Hazırda İranın müxtəlif bölgələrindən ballistik raketlər buraxılır.
Musavat.com