Azərbaycanda İran casus şəbəkələrinə qarşı növbəti əməliyyat keçirilib.
Musavat.com-un məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində vətənə xəyanətdə şübhəli bilinən bir dəstə saxlanılıb.
Sosial mediada yayılan foto - lövhənin ifşa olunan həmin dəstənin üzvlərinə aid olduğu iddia edilir. Rəsmi qaynaqlar hələlik bu detalı təsdiqləməyiblər. Bu baxımdan, təqdim etdiyimiz foto-lövhənin tam dəqiq olması ilə bağlı təminat verə bilmirik.