TƏCİLİ: Hərbi rəhbərlik YENİLƏNDİ- Hikmət Mirzəyev müavin gəldi, generallar İSTEFAYA GÖNDƏRİLDİ

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib. General-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Ədalət Verdiyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

12.01.2024 13:20
2725