TƏCİLİ! Ermənistanda kilsə üsyanı QIZIŞDI, körpülər və yollar BAĞLANDI – Görüntülər CANLI

Arxiyepiskop Baqratın çağırışı ilə bu gün İrəvan və Ermənistanın regionlarında dinc itaətsizlik aksiyaları başlayıb. Musavat.com xəbər verir ki, vətəndaşlar saat 11:00-dan etibarən Pobeda körpüsünü bağlayıblar. Tbilisi şossesi də Eraz parkının kəsişməsində və Sasuntsi David stansiyası ilə üzbəüz bağlıdır.

Qeyd edək ki, dünən Tavuş yeparxiyasının primatı arxiyepiskop Baqrat Qalstanyan bu gün Ermənistanda, İrəvanda və regionlarda 10 yerdə dinc etiraz aksiyalarının keçiriləcəyini bildirib.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Qazaxıstanın Almatı şəhərində davam etdiriləcək.

Nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə müzakirələri davam etdirəcəklər.

Ermənistan polisi isə İrəvanın Eçmiədzin rayonunda qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb. Məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Bir qədər əvvəl yerli mətbuat səhər saatlarında şəhərin bir neçə sakininin saxlanıldığı barədə xəbər dərc edib. Onların yaxın saatlarda əraziyə gələcəyi gözlənilən baş nazir Nikol Paşinyanın səfərinə etiraz əlaməti olaraq yerli məktəblərdən birinin qarşısına toplaşdığı bildirilib. Paşinyanın sözügedən məktəbə baş çəkəcəyi gözlənilir.

TVMusavat-ın bu gün saat 12:15-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Oqtay Qasımovla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

11.05.2024 12:15
1386