Ermənilər Qarabağda Azərbaycan ordusunun hərəkətini izləmək üçün videomüşahidə kameralarını aktivləşdirməyi təklif edir. Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyan Qarabağda müşahidə kameralarının 2015-ci ildə quraşdırıldığını deyib.
Onun sözlərinə görə, sonradan müşahidə imkanları daha da təkmilləşdirildi və təkcə müşahidə yox, həm də kəşfiyyat aparmağa imkan verən avadanlıqlar quraşdırıldı. “Müharibədən sonra bu sistemlərdən lazımınca istifadə edilmir, yaxud etmək mümkün deyil. Həmin müşahidə sistemlərini yenidən işə salmaqla Azərbaycan ordusunun atacağı addımları öncədən bilmək olar. Bu imkan verər ki, önləyici addımlar atılsın”, - Abramyan separatçılara təklif edir.
Bu və gündəmdəki digər xəbərlərin təhlilini bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində millət vəkili Fazil Mustafa ilə izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/channel/UCtvU8QAYnxFG
Musavat.com