Ermənistan Müdafiə Nazirliyinin mesajı yayılıb. ER Müdafiə Nazirliyinin təklif etdiyi layihə əsasında ER hökuməti növbəti təlim-məşq toplanışını elan etmək qərarına gəlib. Növbəti planlaşdırılmış təlim-məşq toplanışına birləşmiş silah və raket-artilleriya ixtisasına malik ehtiyatda olan hərbçilər cəlb olunacaq. Təlim-məşq toplanışları noyabrın 22-dək davam edəcək.
Ermənilər aldıqları hərbi dəstəklə nəyə hazırlaşırlar? Bu təlimlər nəyə hazırlıqdır? Azərbaycanın buna adekvat cavabı varmı?
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı “Kamranla 1” verilişində politoloq Nəsimi Məmmədli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Musavat.com