TƏCİLİ: Erməni kilsəsi Qarabağı yenidən işğal üçün HƏRƏKƏTƏ KEÇDİ – PLAN MASADA – Tural Abbaslı ilə CANLIda

Qarabağda ləğv edilən qondarma rejimin “rəhbərləri” Ermənistana qaçdıqdan sonra Azərbaycana qarşı separatizmi davam etdirmək istəsələr də, Paşinyan hakimiyyəti buna icazə vermir. Rəsmi İrəvan qondarma “artsax” ideyasının saxlanılmasını Ermənistanın təhlükəsizliyinə təhdid olaraq qiymətləndirib.

Ermənistan baş nazirinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Edmon Marukyan bəyan edib ki, qondarma rejimin, yaxud onun “institutlarının” saxlanılması təhlükə yaradır. Separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan da ötən həftə keçirilən qapalı görüşdə Ermənistan hakimiyyətinin onlardan davam etməməyi, arxa plana çəkilməyi istədiyini bildirib.

Lakin erməni separatizminin və terrorunun yuvası olan kilsə bundan əl çəkmək niyyətində deyil. Məlumatlara görə, erməni kilsəsi qondarma “artsax”ı müəyyən adlar altında saxlamaq, separatizmi din çətiri altında qorumaq niyyətindədir. Erməni Apostol Kilsəsinin qondarma “artsax” yeparxiyasının saxlanılması haqda qərarı buna hesablanıb.

Ermənistanın işğal və terror siyasəti tarix boyu kilsədən idarə olunub. O cümlədən, kilsənin erməni diasporu üzərində güclü təsir imkanları var. Görünür, erməni kilsəsi Ermənistanda da fəaliyyətinə icazə verilməyən separatizmi qondarma “artsax” yeparxiyası adı altında saxlamaq qərarına gəlib və bu o deməkdir ki, separatizm planı şərait yarananda yenidən baş qaldırması üçün din adı altında fəaliyyətinə davam edəcək.

İstisna deyil ki, bu məqsədlə qarşıdakı dövrdə Qarabağda işğal vaxtı inşa edilən erməni kilsələrinin qorunması, bu məbədlərin Erməni Apostol Kilsəsinə bağlılığını davam etdirməsi məsələsi üzərindən kampaniyalara başlaya bilərlər.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

06.11.2023 11:31
982