Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Musavat.com bildirir ki, məktubda deyilir:
"Çox hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır. Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam. Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram".
ABŞ səfiri Mark Libbi son günlər Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş gərginliyə münasibət bildirib. Diplomat yerli mediaya açıqlamasında bildirib ki, sərhəddəki gərginlik həqiqətən narahatedicidir. “Belə insidentlər vəziyyətin daha da pisləşmə ehtimalını göstərir. Tərəfləri eskalasiyadan çəkinməyə, dialoqa çağırırıq”, - ABŞ səfiri vurğulayıb.
Diplomat onu da qeyd edib ki, ABŞ hər zaman Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanıyıb: “Biz Azərbaycanın ərazisində hər hansı qurumu tanımamışıq və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT qətnamələrinə səs vermişik”. Onun fikrincə, Azərbaycan və Ermənistan iki qonşu ölkə olaraq harmoniya və sülh içində ticarət tərəfdaşı ola bilər.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Kamranla 1” verilişində aparıcı Kamran Həsənli günün hadisələrini təhlil edir.
Youtube səhifəsinin ünvanı: