Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika sammitindən sonra Sankt-Peterburqda mətbuat konfransı keçirib.
Musavat.com xəbər verir ki, Putin yeni açıqlamaları ilə ABŞ və Qərb dövlətlərini qorxutmağa davam edib.
Jurnalistin Suriyada Rusiya ilə NATO arasında münaqişə ehtimalının olub-olmaması ilə bağlı sualına o belə cavab verib:
“Biz bir vaxtlar Amerika tərəfinin tələbi ilə bu münaqişələrin qarşısını almaq üçün mexanizm yaratmışdıq. Bəzi bölmə rəisləri bir-biri ilə əlaqə saxlayır və səlahiyyətlərə malik idirlər. İstənilən böhranla bağlı məsləhətləşmələr aparıldı. Bu danışıqlar heç kimin münaqişə istəmədiyini göstərdi. Amma kimsə belə bir münaqişə istəsə, biz hazırıq”.
Musavat.com