TƏCİLİ! Dünya ŞOKDA: Nüvə əleyhinə dərmanlar hazırlanır, hər an...

Rusiyanın Ukraynanın kritik nöqtələrinə ballistik raket zərbəsi endirməsi iki ölkə arasında münaqişəni daha təhlükəli həddə çatdırıb. Mütəxəssislər bu cür hücumların arta və daha geniş nüvə təhlükəsi yarada biləcəyini qiymətləndirirlər. Xüsusilə Qərb ölkələrinin Ukraynaya verdiyi hərbi dəstəkdən sonra Rusiyanın nüvə çəkindirmə mesajları narahatlıqları artırıb.

Musavat.com xəbər verir ki, bu hadisələr fonunda Danimarka hökuməti öz vətəndaşlarını nüvə radiasiya təhlükəsindən qorumaq üçün yod həbləri yığmağa başlayıb. Danimarka Müdafiə Nazirliyindən verilən açıqlamada bu addımın ehtiyat tədbiri olduğu və ictimaiyyətin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı bildirilib.

Nüvə qəzaları və ya partlayışlar zamanı radioaktiv yod havaya buraxıla bilər. Tənəffüs yolu ilə alınan, yaxud qida və içki ilə qəbul edilən radioaktiv yod qalxanabənzər vəzində çökür və xərçəng riskini artırır.

Lakin yod həbləri yalnız radioaktiv yoda qarşı təsirlidir. Digər radioaktiv maddələrə qarşı qorunma təmin etmir. Yod tabletlərinin yalnız səlahiyyətli orqanların tövsiyəsi ilə və müəyyən hallarda istifadə edilməli olduğu vurğulanır.

 

Musavat.com

21.11.2024 15:32
1398