TƏCİLİ! Bu dövlət qurumunda əməliyyat keçirildi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzində əməliyyat keçirib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, yol verilmiş qanunsuzluqlarla bağlı tədbirlər hazırda davam etdirilir.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.

21.07.2023 19:55
2021