TƏCİLİ! Belarus tankları Ukrayna ilə sərhədə doğru irəlilədi- VİDEO

Belarus tankları Ukrayna ilə sərhədə doğru irəliləyib.

Musavat.com xəbər verir ki, məlumat teleqram kanallarında yayılıb.

Belarus Müdafiə Nazirliyi Belarus Respublikası Silahlı Qüvvələrinin bölmələrindən birinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.

Dünən ölkə prezidenti Aleksandr Lukaşenko Qomel və Mozır taktiki bölgələrində hərbi qruplaşmaların gücləndirilməsi barədə göstəriş verib.

11.08.2024 11:20
1177