TƏCİLİ! Belarus Rusiya dronlarını VURDU - VİDEO

Sentyabrın 5-nə keçən gecə rus ordusu dronlarla Ukraynaya hücum edib. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Gecə saatlarında Jitomirdə partlayış səsləri eşidilib. Ukrayna Hərbi Hava Qüvvələri PUA-ların Çerniqov, Kiyev və Sumı vilayətləri istiqamətində uçduğunu bildirib. Hücumun nəticələri barədə hələlik məlumat verilmir.

Partlayış səsləri Belarusun Qomel şəhərində də eşidilib. Yerli sakinlər hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın “Şahed” dronunu vurduğunu iddia edirlər.

Musavat.com xəbər verir ki, bu barədə “Belarusski Qayun” monitorinq kanalı və Rusiya KİV-i məlumat yayıb.

Sakinlərin sözlərinə görə, partlayışlar təxminən saat 1:30 radələrində Qomel şəhəri üzərində baş verib. Ən azı iki güclü partlayış səsi eşidilib, bundan sonra vurulan pilotsuz təyyarələr yerə düşüb. Belarus Hərbi Hava Qüvvələrinin qırıcıları səmaya qalxıb. 

Hücumun zərəri və nəticələri barədə hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, dünən, sentyabrın 4-də Belarus ordusu Ukrayna sərhədindən cəmi 12 kilometr aralıda yerləşən Stolin şəhərində təlim keçib. Şəhərdə hərbi texnika, həmçinin Belarus ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri görünüb.

Avqustun 18-də isə Aleksandr Lukaşenko bildirib ki, Belarus ordusunun üçdə birini Ukrayna ilə sərhədə köçürüb. Orada 120 mindən çox ukraynalı hərbçinin olduğu güman edilir.

Musavat.com

05.09.2024 09:35
1552