Dövlət Sərhəd Хidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri Azərbaycanın dəniz sərhədini pozan şəxsləri saxlayıb.
Bu barədə Musavat.com-a DSX-dən məlumat verilib.
Bildirilib ki, “Şahdağ” sərhəd gözətçi gəmisi Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edib.
Sərhəd gözətçi gəmisinin sürətli manevrləri nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin cənub istiqamətində Kürdili adası reydində “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan itisürətli qayıq saxlanılıb.
Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran İslam Respublikası vətəndaşları, Yusifinecat Mehran Tağı oğlu və Şəhram Mahmudi Qafur oğlu olduqları müəyyən edilib.