Şamaxıda 3,1 maqnitudada zəlzələ olub.
Bu barədə Musavat.com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkanlar saat 07:29-da Qobustan stansiyasından 28 km qərbdə qeydə alınıb.
Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.