TƏCİLİ! Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov vəzifəsindən azad edilib.

Musavat.com report-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

27.12.2023 12:59
4957