TƏCİLİ! Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR verildi

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

24.06.2024 15:02
3633