TƏCİLİ! Arayik açıqladı: "İstefa verəcəm"

Qarabağdakı separatçı qurumun rəhbəri Arayik Arutyunyan vəzifəsindən istefa verə bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə separatçıların "lideri" özü məlumat verib.

O, qeyd edib ki, sabah və ya birisigün istefası ilə bağlı qərar verəcək: "Gecə bununla bağlı müzakirələr apardıq. Daha dar tərkibdə yenidən müzakirə aparıb, qərar verəcəyik."

Bundan başqa, yayılan məlumatlarda bildirilir ki, Arayik istefa verdikdən sonra Qarabağdakı “milis” dəstələrinə qoşulacaq.

Musavat.com 

 

29.08.2023 12:28
1935