Amerikanın “F-15E Strike Eagle” qırıcıları Yaxın Şərqə gətirilib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. ““F-15E Strike Eagle” təyyarələri ABŞ-ın mövqelərini və Yaxın Şərqdə hava əməliyyatlarını gücləndirmək üçün ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına gətirilib”, - məlumatda qeyd edilib.
Səudiyyə Ərəbistanı ABŞ-ın İsraillə münasibətləri normallaşdırmaq planlarını təxirə salır. Musavat.com bildirir ki, bu barədə “Reuters” xəbər yayıb.
Ər-Riyadın planları ilə tanış olan iki mənbə Agentliyə bildirib ki, Səudiyyə Krallığı İsrail və Fələstinin Həmas qruplaşması arasında müharibənin şiddətləndiyi bir vaxtda ölkənin xarici siyasət prioritetlərini tez bir zamanda yenidən nəzərdən keçirməyə qərar verib.
Münaqişə həm də Səudiyyə Krallığını İranla əlaqə saxlamağa sövq edib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilk dəfə İran prezidenti İbrahim Rəisi ilə telefonla danışıb. Hər iki mənbə Reuters-ə bildirib ki, ABŞ-ın dəstəklədiyi İsraillə normallaşma danışıqları təxirə salınacaq.
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: