İsrailin baş baziri Benyamin Netanyahu Livanda Hizbullah və müttəfiqlərinə qarşı genişmiqyaslı əməliyyat üçün ABŞ-dən tam razılıq alıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, Livanda "Hizbullah"a qarşı əməliyyatlar bir neçə saata başlaya bilər.
Xatırladaq ki, bu gün axşam saatlarında Livan "Hizbullah"ı Qolan təpələrini vurub. Nəticədə çoxu uşaq olmaqla, 15 nəfər ölüb, çoxlu sayda yaralı var.
Hadisədən sonra ABŞ-da səfərdə olan Netanyahu tez bir zamanda İsrailə qayıtmaq qərarına gəlib.
Bir sıra İsrail telekanalları ənənəvi axşam proqramlarını ləğv edərək 24 saat xəbər yayımına keçib.
Musavat.com