Təbriz hava limanından İrəvana təyyarə reysləri açılıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.
Şərqi Azərbaycan əyalətinin dövlət hava limanları idarəsinin rəisi məsələ ilə bağlı deyib: "Asa Jet” Hava Yolları Təbrizdən İrəvana və əksinə uçuşlara başlayıb.
Qrafikə əsasən, təyyarə reysi hər bazar ertəsi və cümə axşamı Təbriz hava limanından həyata keçirilir".