Təbrizdə yanacaqdaşıyan maşın aşdı: ÖLƏNLƏR VAR - VİDEO

Tehrandan Təbrizə hərəkət edən yanacaqdaşıyan maşın Təbrizin girişində yoldan çıxaraq “Pride” markalı avtomobillə toqquşub.

Musavat.com xəbər verir ki, nəticədə yanacaqdaşıyan maşın aşıb və alışmağa başlayıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. 

29.09.2023 21:42
486