Təbrizdə azərbaycanlı qadın idmançı həbs olundu - FOTO

İranın molla rejimi Təbrizdə azərbaycanlı xanım idmançı Məlihə Bəniəsədi həbs edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

İdmançı və alpinizm üzrə təlimatçı olan Məlihə Bəniəsəd dekabrın 18-də Təbrizdə öz iş yerində rejimin təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

Hələlik azərbaycanlı idmançı qadının həbs səbəbi və harada saxlanıldığı barədə məlumat verilmir.

28.12.2022 14:30
578