Təbii fəlakətlər sığorta şirkətlərini belə vurdu

2023-cü ilin birinci yarısında dünyada təbii fəlakətlər səbəbindən dəyən zərərin ödənməsi tələbi üzrə sığorta ödənişlərinin həcmi 50 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu hesablamanı “Swiss Re Institute” İsveçrə təkrar sığorta şirkətinin analitik bölməsi aparıb.

“Financial Times”ın hazırlanan hesabata əsasən yazdığına görə, bu, 2011-ci ildən bəri ən yüksək göstəricidir. “Swiss Re Institute” ekspertləri bu artımın səbəbləri kimi əmlakın sığortalanması hallarının artması, həmçinin qlobal iqlim dəyişikliyinin təsiri ilə təbii fəlakətlərin intensivləşməsini göstərirlər.

Birinci yarımildə təbii fəalakətə görə sığorta ödənişi tələblərinin üçdə ikisi ABŞ-da qeydə alınan fırtınalarla bağlıdır. Bu fırtınalar sığorta zərərinin əsas drayverinə çevrilib. İlin ilk yarısında sığorta ödənişlərini artıran digər təbii fəlakətlər Yeni Zelandiya və Avropada baş verən sel və subasmalardır.

Musavat.com

09.08.2023 18:14
531