TƏBİB: Yanğınsöndürənin həyati təhlükəsi yoxdur

TƏBİB Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş verən yanğında xəsarət alan yanğınsöndürənlə bağlı məlumat yayıb.

TƏBİB-dən Musavat.com-a daxil olan məlumatda bildirilir ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur. Yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb.

28.04.2022 22:58
710