TƏBİB İlham Tumasın son vəziyyətini AÇIQLADI

Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumasın səhhətində yaranan müəyyən problemlərə görə xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, İlham Tumas dekabrın 21-də TƏBİB-in tabeliyindəki Respublika Klinik Xəstəxanasına yerləşdirilib, ona zəruri tibbi xidmət göstərilib.

Hazırda tibb müəssisəsinin I Sinir xəstəlikləri şöbəsində müalicəsi davam etdirilir. Ona toksiki ensefalopatiya diaqnozu qoyulub, vəziyyəti stabildir.

27.12.2022 17:04
1008